Ağdam
SQ-in Ağdam bölmələri Canyataq, Gülyataq kəndlərini və ətraf yüksəkliklərə nəzarət edirlər, ermənilər mövqelərini tərk edib Xatınbəyli və Güneypəyə kəndlərinə toplaşırlar. Qatır Məmmədin dediyinə görə o Mehmanə istiqamətində hərəkət edir və Sadıxovun komandanlıq etdiyi hissələrlə görüşməlidir. Daxili Qoşunlar isə Manikli və Qazançı istiqamətində hərəkət edirlər. Avqustun 20-dəki döyüşdə biz tərəfdən 4 nəfər yaralanmış, 1 tankçımız isə minaya düşüb. Ağbulaq, Abdal kəndləri bu gün 05:00-06:00 radələrində top, tanklardan atəşə tutulub.
Tərtər
Kasapet dağındakı mövqelərimiz Mehmanə istiqamətindən atəşə tutulub. Drmbon və Mehmanə kəndlərinə hücum edəcəyik.
Kəlbəcər
Avqustun 21-də əsgərlərimiz Arutunoqomerə hücum etmişlər. Ermənilərin burada güclü qüvvəsi olub. Döyüşçülərimizdən 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır. Hazırda əvvəlki mövqelərdəyik.
Qubadlı
Qubadlıya Qafan istiqamətindən atəş açılıb. Tex və Kornidzor ərazisində toplaşan 32 hərbi maşın top atəşinə tutulduqdan sonra 6-sı məhv edilmiş, qalanı isə Gorusa qayıtmışdır.
Naxçıvan
Dünən Sədərək və Çağazur məntəqəsi atəşə tutulub. Sədərəkdə 1 nəfər həlak olub, 9 nəfər yaralanıb.