Bu gün avqustun 21-də, saat 14-də Rusiya televiziyasının “Vesti” proqramı Rusiya müdafiə nazirliyi mətbuat xidmətinə istinadən belə bir məlumat yaymışdır ki, 11-12 avqustda Kürdəmir şəhəri yaxınlığındakı hərbi hissədə 2 rus zabiti qeyri-qanuni tutulub saxlanılmışdır. “Vesti” xəbər verir ki, zabitlərin olduğu yer və taleyi məlum deyil və onlar faktiki olaraq Azərbaycan tərəfdən girov kimi saxlanırlar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Analitik-İnformasiya mərkəzinin Zaqafqaziya hərbi dairəsi qoşunlarının Mətbuat mərkəzi ilə birlikdə rəsmi surətdə bildirir ki, həqiqətən, bu il avqustun 12-də kapitan Kuznetsov Mixail Anatolyeviç və kapitan Morozov Valentin Vladimiroviç cəsusluqda suçlandırılaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin Kürdəmir şəhərinin yaxınlığındakı hərbi hissəsində tutulublar. İstintaq aparılır. Zabitlər Azərbaycan Respublikası rəsmi orqanlarının nəzarəti altında tam təhlükəsiz şəraitdədirlər.
Rusiyanın müdafiə nazirliyi mətbuat xidməti rəsmi istintaqın başa çatmasına qədər MDB birləşmiş silahlı qüvvələrinin 2 zabitinin tutulması xəbərini yaydıqda inandırıcı olmayan uydurmalarla məşğul olmaq əvəzinə Tbilisi və Bakıdakı həmkarlarından baş vermiş hadisəni təfərrüatları ilə öyrənməli idi. Rus zabitlərinin Azərbaycan tərəfdən girov götürülməsi haqqında bəyanat isə fədakarlıqdan başqa bir şey deyildir və Rusiyada Azərbaycana və orduya qarşı etirazların qazanılmasına yönəlmişdir.