Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri Qarabağ bölgəsində uğurlu döyüşlərini davam etdirirlər. Avqustun 19-da axşam ordumuzun Ağdam bölmələri Ağdərə rayonunun Canyataq kəndinin yaxınlığındakı döyüşlərdə ermənilərin 1 PDM-2-nin şəxsi heyətini məhv edərək döyüş maşınını ələ keçiriblər. Xanabad ətrafında isə düşmənin 1 PDM və 1 “KAMAZ” avtomaşını məhv edilib. Ötən gecə Ağdam rayonunun Abdal və Gülablı kəndləri ara-bir top və tanklardan atəşə tutulub.
Dünən Sərsəng su anbarının cənubundakı turist bazasını tutduqdan sonra döyüşçülərimiz Kasapet dağının ətəyindən keçən yola tam nəzarət edirlər.
Avqustun 20-nə keçən gecə keçmiş Hadrut rayonunun Sur kəndi ətrafındakı postlarımız atəşə tutulub. Zərərçəkən yoxdur.
Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Füzuli, Qubadlı, Kəlbəcər və Zəngilan bölgələrində ötən gecə sakit keçmişdir.