Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ağdərə

 

Dünən turist bazası tutulduqdan sonra Kasapet dağının ətəyindən keçən yola əsgərlərimiz tam nəzarət edirlər. Gecə sakit keçib.

 

Ağdam

 

Avqustun 19-da axşam Yaqub Rzayevin batalyonu Canyataq ətrafındakı döyüşlərdə ermənilərin 1 PDM, 2 heyətini məhv edərək döyüş maşınını ələ keçirmişlər. Xanabad ətrafında isə düşmənin 1 PDM və 1 “KAMAZ” avtomaşını məhv edilib. Rayonun Abdal və Gülablı kəndləri arabir top və tanklardan atəşə tutulur.

 

Cəbrayıl

 

Gecə saat 02:00-03:00 arasında Sur ətrafındakı postlarımız atəşə tutulub. Zərərçəkən olmayıb.

 

Naxçıvan

 

Gecə sakit keçib. Sədərək qaçqınları qəsəbədən bir az aralı Vəli dağı adlanan yerdə çadır qurub yaşayırlar. Baxımsızlıq və laqeydlik nəticəsində may ayından bu günədək orada 21 uşaq ölmüşdür. Təkcə iyulun 1-dən bu günədək 32 nəfər müxtəlif xəstəliklərdən müalicə olunub. Xahiş edirlər ki, bunu lazımi yerlərə çatdıraq.

 

Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Füzuli, Qubadlı, Kəlbəcər, Zəngilan bölgələrində ötən gecə sakit keçmişdir.