Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycanın ayrılmaz hissəsi olan Yuxarı Qarabağda və Respublikamızın sərhədyanı bölgələrində mövqe döyüşləri və atışmalar davam edir. Ordumuzun Ağdərə ərazisində vuruşan hissələri tutduqları mövqelərdə möhkəmlənirlər. Ötən gecə ermənilərin Ağdərə  rayonunun Narıştar yaşayış məntəqəsinə etdikləri hücumun qarşısını əsgərlərimiz fədakarlıqla almışlar.
Avqustun 19-na keçən gecə düşmənlər Laçın dəhlizində Ermənistandan Yuxarı Qarabağa hərbi sursatla dolu karvan keçirmək istəmişlər. Silahlı Qüvvələrimiz düşmənin bu bəd niyyətinin qarşısını alaraq onların xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv ediblər. Avqustun 19-na keçən gecə Ordumuzun Füzuli bölmələri tərəfindən Edilli-Düdükçü kəndləri yaxınlığında düşmənin 1 topu və 1 yük maşını sıradan çıxarılıb.
Ötən gecə Tovuz rayonunun Əlibəyli, Ağdam kəndləri Ermənistanın Berd rayonu ərazisindən, Zəngilan rayonunun Seyidlər, Şükürataz kəndləri Qafan istiqamətindən, Cəbrayıl rayonundakı gözətçi məntəqələri, Füzuli rayonunun ərazisi, Ağdam şəhəri və rayonun Abdal, Gülablı kəndləri Yuxarı Qarabağın ermənilər yerləşdiyi məntəqələrindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Bu gün isə səhərdən başlayaraq Gədəbəy rayonunun Mormor, İsalı, Düzrəsullu kəndləri Ermənistanın Krasnoselsk rayonu ərazisindən atəşə tutulur. Düşməni susdurmaq üçün cavab tədbirləri görülür.