Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Tovuz: Avqustun 19-na keçən gecə Əlibəyli, Ağdam kəndləri Ermənistanın Berd rayonu ərazisindən avtomat, pulemyotlardan atəşə tutulub.
Gədəbəy: Bu gün saat 09:30-dan başlayaraq Mormor, İsalı, Düzrəsullu kəndləri Ermənistanın Krasnoselsk rayonu ərazisindən tanklardan və artilleriya qurğularından atəşə tutulur.
Kəlbəcər: Döyüşçülərimiz Ağdərə ərazisində tutduqları mövqelərdə möhkəmlənirlər. Düşmən keçən gecə Narıştar yaşayış məntəqəsinə hücum etmiş, ancaq əsgərlərimiz ermənilərin bu basqınının qarşısını fədakarlıqla almışlar.
Qubadlı: Avqustun 19-na keçən gecə ermənilər Laçın dəhliziylə Ermənistandan Yuxarı Qarabağa kolon keçirmək istəmişlər. Əsgərlərimiz düşmənin bu niyyətinin qarşısını alıb. 30-dək hərbi texnika və yük maşınları darmadağın edilib. Döyüş vaxtı düşmənin xeyli canlı qüvvə və hərbi texnikası məhv edilib.
Zəngilan: Dünən saat 20:00-dan 23-dək Seyidlər və Şükürataz kəndləri Qafan istiqamətindən ara-sıra atəşə tutulub.
Cəbrayıl: Avqustun 19-na keçən gecə saat 01:00-dan 02:00-dək Yuxarı Qarabağın ermənilər yaşayan məntəqələrindən Quşçular postu ara-bir avtomat və pulemyotlardan atəşə tutulub.
Ağdam: Ötən gecə saat 23:00-dan 02:00-dək Ağdam şəhəri, Abdal, Gülablı kəndləri erməni quldurlarının yerləşdiyi Təxil kəndi istiqamətindən top və tanklardan atəşə tutulub. İlkin məlumata görə, 5 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Füzuli: Dünən avqustun 18-də saat 23:00 radələrində rayon ərazisi topdan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb. Zərərçəkən olmayıb. Avqustun 19-na keçən gecə Edilli-Düdükçü kəndləri istiqamətində düşmənin 1 topu və 1 yük maşını sıradan çıxarılıb.
Naxçıvan: Ordubad rayonu sərhədlərindəki son döyüşlərdə ermənilərin yenidən zəbt etdiyi Xarxat yüksəkliyini ələ keçirərkən əsgərlərimiz düşməni buradakı mərkəzləşdirilmiş qərargahından İran İslam Respublikasında istehsal olunmuş avtomat, pulemyot, güllələr və ərzaq məhsulları tapmışlar. Nümunələr hazırda AXC Ordubad yerli şöbəsində saxlanılır. MDB qoşunları (sərhəd qoşunlarından başqa) Naxçıvandan gedirlər. Avqustun 18-də Naxçıvan MR Ali Məclisin qarşısında çıxan qoşunların hərbi keçidi (parad) olub.