Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər və Tərtər bölmələri Qarabağın şimalında döyüş əməliyyatlarını davam etdirirlər. Drmbon yaşayış məntəqəsinin ətrafındakı yüksəkliklərə döyüşçülərimiz tam nəzarət edirlər.
Qarabağın cənubunda isə ordumuzun Cəbrayıl və Füzuli bölmələri əvvəlki mövqelərində möhkəmlənmişlər. Keçmiş Hadrut rayonunun Sur kəndi döyüşçülərimizin tam nəzarəti altındadır.
Avqustun 18-nə keçən gecə Ağdam rayonunun Abdal, Gülablı kəndləri Yuxarı Qarabağın ermənilər yaşayan məntəqələrindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub. Həmin gecə Gədəbəyin sərhəd məntəqələri, Laçın rayonunun Səfiyan kəndi, Naxçıvan MR-nın Şərur rayonunun Cağazir kəndi Ermənistan ərazisindən atəşə tutulub. Ordubadda gedən qızğın döyüşlərdən sonra ermənilər Xarxat yüksəkliyini ələ keçirmişlər.
Digər sərhəd bölgələrində gecə nisbətən sakit keçmişdir.