Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Ağdam: Avqustun 18-nə keçən gecə Abdal, Gülablı kəndləri Yuxarı Qarabağın ermənilər yaşayan məntəqələrindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Füzuli: Ötən gecə vəziyyət dəyişməmişdir. Döyüşçülər əvvəlki mövqelərdə möhkəmlənirlər.
Cəbrayıl: Hazırda Sur kəndində yerləşirik. Keçən gecə ara-sıra atışma olub. Əməliyyat vaxtı dəqiqləşdirilmiş məlumata görə, biz tərəfdən 31 nəfər həlak olub, 120-dən çoxu yaralanıb. Ermənilərin də xeyli itkiləri olmuşdur.
Kəlbəcər: Ağdərə ərazisində SQ-in apardıqları əməliyyat davam edir. “Laçın dəzlizindən” 9-12 km-lik məsafədə yerləşirik. Yolu görmürük, ona görə də vura bilmirik.
Tərtər: Drmbon istiqamətində əməliyyat davam edir. Ətraf strateji yüksəkliklərə döyüşçülərimiz tam nəzarət edirlər.
Gədəbəy: Avqustun 18-nə keçən gecə sərhəd məntəqələrimiz Ermənistan ərazisindən minaatanlardan atəşə tutulub. Dünən döyüşlər vaxtı bir döyüşçümüz həlak olub, 8-i isə yaralanıb. Avqustun 16-da (erməni radiosu) əks tərəfin 40-50 adam itirməsi haqda xəbər verib.
Qubadlı: Avqustun 18-nə keçən gecə rayon Gorus istiqamətindən atəşə tutulub. Düşmənə güclü cavab atəşi açılıb.
Zəngilan: Dünən gecə Ordubada kömək məqsədilə bombardman etmişik. Rayon ərazisində tam sakitlikdir. Könüllü batalyonlarla yerli hakimiyyət orqanları arasında ziddiyyət daha da dərinləşib. Qarşısı alınmazsa, silahlı qarşıdurma yarana bilər.
Naxçıvan: Avqustun 18-nə keçən gecə ermənilər Xarxat yüksəkliyini yenidən ələ keçirmişlər. Döyüş zamanı biz tərəfdən 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır. Deyilənə görə, (127-ci diviziya) ermənilərə kömək edir. Ötən gecə saat 2-dən 4-dək Şərur rayonunun Cağazir kəndi düşmən ərazisindən atəşə tutulub. Naxçıvan MR-nın Batabat məntəqəsi üzərində bir vertolyot kəşfiyyat uçuşu keçirib.