Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri Qarabağın şimalında – Ağdərə rayonunun ərazisində döyüş əməliyyatlarını genişləndirirlər. Tərtər bölmələrinin təzyiqi altında Kasapet istiqamətindən qaçan ermənilər Drmbon yaxınlığında cəmləşirlər. Düşməni darmadağın etmək məqsədi ilə lazımi tədbirlər görülür.
Hazırda Qarabağın cənub hissəsində də şiddətli döyüşlər davam edir. Ötən gecə Qazax və Gədəbəy rayonlarının sərhəd yaşayış məntəqələrində, Ağdam şəhəri və rayonun Yuxarı Qarabağa bitişik kəndləri düşmən tərəfindən müxtəlif silahlardan atəşə tutulub. Cavab atəşindən sonra düşmən susdurulub. Gədəbəy rayonunun sərhəd yaxınlığında düşmənin 2 topu və 1 tankı məhv edilib.
Naxçıvan MR-nın Ordubad rayonu istiqamətində avqustun 16-na keçən gecə döyüşlər başlanmışdır. Şəhərə top atəşi zamanı 50-dən çox mərmi düşüb. Dağıntı var. Döyüşçülərimiz 3 ay əvvəl ermənilərin tutduqları yüksəklikləri ələ keçiriblər. Qazanılan qənimətlər arasında 6 yük maşını, 2 top, 3 PDM vardır. Ordubaddan yenicə aldığımız məlumata görə düşmən güclü artilleriya hazırlığından sonra sərhəddəki Xar-Xar yüksəkliyinə hücuma keçiblər. Hazırda qızğın döyüşlər gedir.