Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər bölmələri döyüş əməliyyatlarını genişləndirərək avqustun 17-nə keçən gecə Ağdərə rayonundakı daha bir düşmən yuvasını – Arutyunoqomer kəndini azad etmişdir. Hazırda Koçoqot-Drmbon istiqamətində döyüşlər davam edir. Tərtər bölmələrinin təzyiqi altında Kasapet istiqamətindən qaçan ermənilər Drmbon yaxınlığında cəmləşirlər. Düşməni darmadağın etmək məqsədi ilə lazımi tədbirlər görülür.
Ötən gecə Qazax və Gədəbəy rayonlarının sərhəd yaşayış məntəqələri , Ağdam şəhəri və rayonun Yuxarı Qarabağa bitişik kəndləri düşmən tərəfindən müxtəlif silahlardan atəşə tutulub. Cavab atəşindən sonra düşmən susdurulub. Gədəbəy rayonunun sərhədi yaxınlığında düşmənin 2 topu və 1 tankı məhv edilib.
Naxçıvan MR-nın Ordubad rayonu istiqamətində avqustun 16-na keçən gecə döyüşlər başlamış, Ordubad şəhərinə top atəşi zamanı 50-dən çox mərmi düşüb. Dağıntı var. Döyüşçülərimiz 3 ay əvvəl ermənilərin tutduqları yüksəklikləri ələ keçiriblər. Qazanılan qənimətlər arşında 6 yük maşını, 2 top, 3 PDM vardır. Ordubaddan yenicə aldığımız məlumata görə güclü artilleriya hazırlığından sonra sərhəddəki Xarxat yüksəkliyinə hücuma keçiblər. Hazırda qızğın döyüş gedir. 2 nəfər yaralımız var.