Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Qazax: Avqustun 17-nə keçən gecə Paravakar kəndi istiqamətindən gözətçi məntəqəsi pulemyot və avtomatlardan atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub.
Gədəbəy: Keçən gecə Ermənistan ərazisindən sərhəd yaşayış məntəqələri atəşə tutulub. Nəticədə 1 nəfər yaralanıb. Avqustun 14-də topçularımız Krasnoselsk rayonunu atəşə tutmuşlar. Əks tərəfin 2 topu, 1 tankı və 40-dək yaraqlısı məhv edilib.
Kəlbəcər: Azərbaycan SQ-i döyüş əməliyyatlarını genişləndirərək keçən gecə daha bir düşmən yuvası Arutyunoqomer kəndini tamamilə azad etmişdir. Döyüş vaxtı 1 tankımız sıradan çıxarılmış, 6 nəfər əsgərimiz isə yaralanmışdır. Hazırda Koçoqot-Drmbon istiqamətində döyüşlər davam edir.
Tərtər: Kasapet istiqamətindən qaçan ermənilər Drmbon yolu üstündə olan turbazaya cəmləşirlər. Dünən Sərsəng su anbarı yaxınlığında düşmənin bir yük maşını və bir yaraqlısı məhv edilib. Keçən gecə ərzində 5 döyüşçümüz yaralanıb. Hazırda döyüşlər Drmbon istiqamətində gedir.
Ağdam: Avqustun 17-nə keçən gecə Ağdam və Yuxarı Qarabağa bitişik kəndlərimiz düşmən tərəfindən atəşə tutulub. Cavab atəşindən sonra vəziyyət sabitləşib.
Naxçıvan MR: avqustun 15-nə keçən gecə başlayan döyüş danışığa görə, ara vermişdi, ancaq 16-na keçən gecə döyüş yenidən başlayıb, hələ də dayanmır, davam edir. 17 avqustdan başlayan top atəşləri zamanı Ordubad şəhərinə 50-dən çox mərmi düşüb. Zərərçəkən yoxdur (cismən). Dağıntılar var. 3 ay əvvəl ermənilərin tutduqları yüksəkliklər ələ keçirilib (cəb. t.y.s.b.); nəzarət altındadır. Qənimətlər arasında 3 “QAZ-66”, 3 “ZİL” markalı yük maşınları, 2 top, 3 PDM (BMP) vardır. Bunlar yararlı olmaqla bərabər, həm də döyüş sursatı ilə dolu olublar. Döyüşlərdə cəbhədən olan əsgərlərin fəallığı qeyd olunur. Ermənilərin meyidləri sayılmayıb. Şada kəndində yüngül atışmalar olub. (AXC yerli şöbəsinin informasiya mərkəzi, Fikrət bəy). Ermənilər MDB qoşunlarının köməyi ilə sərhəddəki Xarxat yüksəkliyini geri almağa cəhd göstərirlər. Biz tərəfdən 2 yaralı var. Hazırda güclü atışma və döyüş davam edir.