Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 1992 00:03

Müdafiə Nazirliyinin məlumatı

Ağdam

 

Gecədən indiyədək rayon mərkəzi də daxil olmaqla bütün sərhəd boyu kəndlər artilleriya qurğularından intensiv atəşə tutulur. Ölənlər və yaralananlar var.

 

Tərtər

 

Gecə saat 00:30-05:25-dən etibarən qısa fasilələrlə ara-sıra Kasapet dağlarında atışmalar olmuşdur. Zərəçəkən yoxdur. Sərsəng bəndinə tam nəzarət olunur.

 

Cəbrayıl

 

Gecə sakit keçib. Dünənki döyüşlərdə 85-dən çox yaralanan və 8-9 nəfər həlak olan var. Ermənilərin itkiləri də çox olub.

 

Zəngilan

 

Saat 23:00-05:00 arasında Mehri rayonu ərazisindən Vejnəli, Ağbənd və Şükrataz kəndləri atəşə tutulub. Zərərçəkən olmayıb. Gecə saat 02:30-da və səhər saat 07:15-də (Füzuli) Ordubaddan zəng edib kömək istəyiblər. Toplardan və “Qrad” qurğularından atəş açmaqla kömək elədik.

 

Qubadlı

 

Avqustun 15-nə keçən gecə Laçın və Gorus istiqamətindən Laçın rayonunun əlimizdə olan kəndləri çox güclü atəşə tutulub. Cavab atəşindən sonra SQ-miz irəli gedərək Xanalar, Suarası (indiki Dəfə), Malxələf və Mazutlu kəndlərini ermənilərdən təmizləmişlər. Düşmən 50 nəfərdən çox itki verib. Döyüşçülərimizin 1-i yaralanıb. Ermənilər Qayqıya gedən körpünü partladıblar.

 

Kəlbəcər

 

Arutyunoqomer-Drmbon istiqamətində döyüşlər gedir. Vaquas və Qozlu bizdədir.

 

Füzuli

 

Avqustun 15-də tutulan mövqelərdən ordumuz çıxıb. Hücumdan əvvəlki mövqedəyik. Hazırda sakitlikdir.

 

Tovuz

 

Avqustun 15-də saat 21:00-22:30 arasında Hacıalı kəndi Ermənistan ərazisindən minaatanlardan və avtomat silahlardan atəşə tutulub. Zərərçəkən yoxur. Hazırda sakitlikdir.

 

Naxçıvan

 

Avqustun 16-na keçən gecə saat 23:00-04:00 arasında Ordubad rayonunun Böyük və Kiçik Soyuq məntəqələri Ermənistan ərazisindən toplardan, “Qrad” qurğularından, minaatanlardan və yüngül silahlardan atəşə tutulduqdan sonra ermənilər (piyadalar) hücuma keçmişlər, döyüşlər dağıntılardan sonra dayandırılmışdır. Ordubad şəhərinə 5-6 mərmi düşüb. Dağıntı var. Zərərçəkən yoxdur.

 

Gədəbəy

 

Səhər saat 10:00-dan qısa atəşə tutulub. Zərərçəkən olmayıb.