Qarabağın cənubunda avqustun 15-də aparılan hücum əməliyyatlarından sonra döyüşçülərimiz öz mövqelərində möhkəmlənir.
Qarabağın şimalında, Ağdərə bölgəsində Silahlı Qüvvələrimiz Kasapet dağı ətrafında və Arutyunoqomer-Drmbon istiqamətində döyüşləri davam etdirirlər. Düşmənin mühasirə halqası getdikcə daralır. Sərsəng su bəndində və Tərtər çayının sağ tayında yerləşən Vaquas və Qozlu kəndlərinə tam nəzarət olunur.
Avqustun 16-na keçən gecə Laçın və Gorus istiqamətindən Laçın rayonunun azad edilmiş kəndləri güclü atəşə məruz qalıb. Cavab atəşilə düşmən susdurulub. Eyni vaxtda Ağdam şəhəri və rayonun Yuxarı Qarabağa bitişik bütün kəndləri, Tovuz rayonunun Hacıalı kəndi, Gədəbəyin sərhəd zastavaları, Zəngilan rayonunun sərhəd boyu kəndləri, Naxçıvanın Ordubad rayonu, Böyük və Kiçik Soyuq məntəqələri atəşə tutulub. Təlafat və dağıntı var.