Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dünən avqustun 15-də xəbər vermişdik ki, ordumuz keçmiş Hadrut rayonunun Məlikcanlı, Bulutan, Ağbulaq kəndlərini, Vəşişdağ strateji yüksəkliyini tutub. Lakin SQ-mizin Füzuli və Cəbrayıl bölmələri düşmənin güclü müqavimətinə rast gəldiyindən adları sadalanan məntəqələri öz əlində saxlaya bilməyərək tərk ediblər. Döyüşlər zamanı ermənilər bir tank, 4 PDM, 6 ZTR, 5 zenit qurğusu, 2 iriçaplı pulemyot və 2 yük maşını itiriblər. Biz tərəfdən 4 tank və 1 PDM sıradan çıxarılıb. Bu gün döyüşçülərimiz əməliyyata qədərki mövqelərdə möhkəmlənərək düşmənin daha 1 tankını məhv ediblər.
Ağdərə bölgəsində SQ-miz Vaquas kəndinə və Arutyuqonomer ətrafındakı yüksəklikərə nəzarət edərək artıq erməni quldurlarının iri bazası olan Drmbon kəndinin yaxınlığında döyüşlər aparırlar. Düşmənin mühasirə halqası getdikcə daralır. Sərsəng su bəndinə tam nəzarət edilir.
Avqustun 16-na keçən gecə Laçın və Gorus istiqamətindən Laçın rayonunun azad edilmiş kəndləri güclü atəşə məruz qalıb. Cavab atəşilə düşmən susdurulub. Topçularımız öz mövqelərindən Xanalar, Suarası, Malxələf və Mazutlu kəndlərinə nəzarət edirlər.
Ötən gecə Ağdam şəhəri və rayonun Yuxarı Qarabağla bitişik kəndləri, Tovuz rayonunun Hacıalı kəndi, Ağstafa rayonunun Qanlı dərə məntəqəsi, Gədəbəyin sərhəd məntəqələri, Zəngilan rayonunun sərhəd boyu kəndləri, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Böyük və Kiçik Soyuq məntəqələri düşmən ərazisindən atəşə tutulub. Təlafat və dağıntı var.
Bu gün saat 15:30-dan başlayaraq Naxçıvan MR Ordubad ərazisi yenə də müxtəlif təyinatlı silahlardan Ermənistanın Mehri rayonu istiqamətindıən atəşə tutulub. Bu əraziyə 50-yə yaxın mərmi düşüb, dağıntı var. Düşmənin atəş nöqtələri Ordubad və Zəngilan istiqamətlərindən susdurulub.