Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Qubadlı

 

Laçın rayonunun Xanalar, Suarası, Mazutlu və Malxələf kəndlərindəki erməni mövqeləri SQ-miz tərəfindən artilleriya atəşinə tutulub. Xeyli düşmən məhv edilib. Hazırda adları sadalanan kəndlər topçularımızın tam nəzarəti altındadır. 

 

Zəngilan

 

Rayon ərazisində sakitlikdir. Ancaq artilleriya ilə Mehri ərazisi atəşə tutulmuşdur. Bundan sonra Ermənistan istiqamətindən Ordubadın bombardman edilməsinin arası kəsilib.

 

Kəlbəcər

 

Arutyunoqomer ətrafındakı strateji yüksəkliklər bizim nəzarətimiz altındadır. Drmbon ətrafında döyüşlər gedir.

 

Tərtər

 

Drmbona gedən yol üstündə düşmənin xeyli qüvvəsi yığılıb. Kənd istiqamətində irəliləyirik.

 

Füzuli

 

Bu gün ermənilərin 1 tankı vurulub. Əməliyyat vaxtı biz tərəfdən 52 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdır. 2 tankımız vurulub.

 

Cəbrayıl

 

Dünən alınan Şişdağ mövqesi geri verilib. Döyüş vaxtı 20 nəfər həlak olub, 101 nəfər yaralanıb, 2 tank, 1 BMP vurulub.

 

Naxçıvan

 

15:30-dan başlayaraq Ordubad rayonunun ərazisi Mehri istiqamətindən müxtəlif silahlardan atəşə tutulub. Əraziyə 50-dək mərmi düşüb. Dağıntı var. Ordubad və Zəngilan rayonlarından atılan cavab atəşindən sonra düşmən susdurulub. Naxçıvan MR-nın Şahbuz rayonunun Şada məntəqəsi ara-sıra atəşə tutulub.

 

Ağstafa

 

Avqustun 16-na keçən gecə ermənilər Qanlıdərə deyilən ərazini atəşə tutmuşlar. Düşmən cavab atəşilə susdurulub.