Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Kəlbəcər

 

Azərbaycan SQ-nin Ağdərə ərazisində irəliləyişi davam edir. Hazırda Arutyunoqomer kəndi uğrunda döyüşlər gedir. SQ-in Kəlbəcər və Tərtər bölmələri getdikcə erməni korpusunun hissələrini möhkəmləndirdikləri mövqelərinin mühasirəsini daraldırlar.

 

Tərtər

 

Ağdərə ərazisində gedən döyüş əməliyyatları bizimkilərin üstünlüyü ilə davam edir. Kasapet kəndi ətrafındakı strateji yüksəkliklər uğrunda döyüşlər davam edir. Hərbi hava qüvvələrimiz Drmbon kəndi və dağlıq ərazini bombardman edir.

 

Ağdam

 

SQ-miz Canyataq və Gülyataq kəndləri uğrunda döyüşləri davam etdirirlər. Gün ərzində döyüşçülərimizdən 7 nəfər yaralanıb.

 

Füzuli

 

Avqustun 15-də saat 04:30-dan başlayaraq SQ-miz hücuma keçərək keçmiş Hadrut rayonunun Məlikcanlı, Ağbulaq, Bulutan və Xırmancıq kəndlərini azad ediblər. Səhər tezdən Martuniyə girən qüvvələrimiz günün axırında geri çəkiliblər. Döyüşdə ermənilərin 1 PDM, 2 ZTR, 1 DŞK-ı vurulub. Martunidə düşmənin 1 tankı, 2 PDM, 2 ZTR, 1 zenit qurğusu və 2 “KAMAZ”ı vurulub, 2 zenit qurğusu ələ keçirilib.

 

Hadrut istiqmətində düşmənin 1 PDM, 1 DŞK və 2 zenit qurğusu vurulub. Biz tərəfdən 2 tank sıradan çıxarılıb, 7 nəfər həlak olub və 40-dək yaralı var

 

Cəbrayıl istiqamətində Şişdağ tutulub.

 

Cəbrayıl

 

Sur və Quşçular istiqamətində SQ-miz saat 16:00-da hücuma keçib, ermənilər əks-hücuma keçiblər. Vəziyyət gərgindir. Biz tərəfdən 10 nəfər həlak olub, 1 PDM və 2 tank itirmişik.

 

Aparılan əməliyyat vaxtı döyüşçülərimiz 1 tank itirmiş, 6 əsgərimiz həlak olub, 20 nəfər yaralanıb.