Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Kəlbəcər: Drombon uğrunda döyüşlər davam edir. Azərbaycan Silahlı Qüvvələri üstünlüyü öz əlində saxlayır.
Ağdərə: Döyüşçülərimiz tutduğu mövqelərdə möhkəmlənir. Erməni tərəfin müqaviməti zəifləyir.  
Ağdam: (Ümumi sakitlikdir). Ara-sıra erməni tərəf Ağdamı və ətraf kəndləri atəşə tuturlar. Düşmənə cavab atəşi açılır. Günün ikinci yarısında xoş xəbərlərlə sizi sevindirəcəyik.
Gədəbəy: Gecə saat 23-24 radələrində erməni tərəf Mutudərə-Başkənd istiqamətini atəşə tutublar. Atəşin qarşısı alınıb. Ağstafa batalyonundan köməyə gələn əsgərlərdən 4-ü şəhid olub. Döyüşçülərimiz tutduğu mövqelərdə möhkəmlənirlər.
Ağstafa: Postlarımız ara-sıra ermənilər tərəfindən atəşə tutulur. Düşmənə cavab atəşi açılır.
Cəbrayıl: Sur kəndi ətrafındakı təpələr uğrunda ermənilərin möhkəmləndiyi mövqeləri susdurmaq üçün döyüş əməliyyatına başlanılmışdır. Erməni tərəfin müqaviməti zəifləyir.
Naxçıvan MR: Şahbuz rayonunun Şada kəndi ətrafındakı müdafiə postları dünən səhərdən başlayaraq müxtəlif silahlardan atəşə tutulub. Ermənilər artilleriya qüvvələrindən istifadə edirlər. Atəşlər ara vermir. Təlafat və dağıntı haqqında məlumat yoxdur.
Qazax: Keçən gecə və bu gün nisbi sakitlikdir.
Tovuz, Qubadlı, Zəngilan bölgələrində sakitlikdir.