Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

TOVUZ: bu gün saat 10-dan başlayaraq Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif silahlardan atəşə tutulub.
FÜZULİ: avqustun 14-də saat 10-da rayon ərazisi keçmiş Hadrut rayonu istiqamətindən 1 saat qədər toplardan atəşə tutulub. Düşmən cavab atəşilə susdurulub.
TƏRTƏR: bu gün Ağdərə ərazisindən döyüşlər vaxtı düşmənin 1 tankı, 1 PDM və 1 yük maşını sıradan çıxarılıb və 40-dək quldur məhv edilib. Biz tərəfdən 12 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Hazırda Kasapet kəndi ətrafındakı yüksəkliklər uğrunda döyüşlər gedir.
AĞDAM: Abdal və Gülablı kəndləri atəşə tutulub. Bizimkilərdən 3 nəfər həlak olub, 3 nəfər yaralanıb. Ağdam istiqamətində yerləşən Ağdərə rayonunun Canyataq və Gülyataq kəndlərini azad etmək üçün döyüşlər davam edir. Bu vaxta qədər düşmənin 3 tankı, 1 PDM və xeyli canlı qüvvəsi məhv edilmişdir. Biz tərəfdən 3 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.