Ağstafa
Gecədən səhər saat 5-dək olan döyüşlərdən sonra Qanlıdərə ətrafı tamamilə döyüşçülərimizin əlinə keçmişdir. Artilleriya atəşilə düşmənin müşahidə məntəqəsi tamamilə dağıdılmış, 1 “Qrad” qurğusu, 18 nəfər yaraqlısı məhv edilmişdir (erməni rasiyasından). Döyüşlərdə iki döyüşçümüz yaralanmışdır.
Gədəbəy
Mormor, Mutudərə, Göyəlli istiqamətində atışma gedir. Tələfat yoxdur (l-nt V.Dərgahlı): Avqustun 10-u və 11-dəki döyüşlərdə düşmənin 1 tankı, 3 PDM-i və 1 ZTR-i məhv edilib, 1 tankı, iki (2)PDM-i və 1 ZTR-i yararlı şəkildə ələ keçmişdir. (Kiminsə əmri ilə Tovuzda vəziyyətin gərginliyi ilə əlaqədar texnikanın bir hissəsi Gədəbəydən Tovuza çıxarılır).
Kəlbəcər
Səhər saat 6-dan başlanan hücumlardan sonra Aterk, Çapar, İmarət, Qərvənd, Ketavan kəndləri tamamilə azad olunmuş və nəzarət altındadır.
Vaquaz uğrunda və digər məntəqələrdə döyüşlər gedir. Strateji əhəmiyyətli Vaquaz korpusu bizdədir. Döyüşlər davam edir. 3 döyüşçümüz yaralanıb.
Tərtər
Silahlı Qüvvələrimiz irəliləyir. Məlumat verməyə vaxtımız yoxdur.
Ağdam
Saat 15:00-dan başlayaraq bütün cəbhə boyu kəndlərimiz toplardan və “Qrad” qurğularından güclü atəşə tutulur. Dünən Ağdam şəhərində 1 qadın həlak olub.
Naxçıvan
Şəruru rayonunun Cağazir kəndi 23:00-dan 2-dək atəşə tutulub. Tələfat yoxdur. Şahbuz rayonunun Şada gözətçi məntəqəsi toplardan atəşə tutulub, zavoda 4 mərmi düşüb. Badamlı qəsəbəsində 1 qadın yüngül yaralanıb.
Tovuzla əlaqə saxlamaq mümkün olmadı.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Qazax bölgələrində gün ərzində nisbi sakitlik olmuşdur.