Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 1992 00:03

Müdafiə Nazirliyinin məlumatı

Qazax

 

Səhər saat 8-dən başlayaraq təxminən 2 saat ərzində rayon mərkəzi Ermənistanın İcevan rayonu ərazisindən toplardan, “Qrad” qurğularından və PDM-lərdən intensiv atəşə tutulmuşdur. 1 nəfər həlak olmuşdur. Yaralananların sayı dəqiqləşdirilir.

 

Gədəbəy

 

Dünən bütün günü davam edən döyüşlərdən sonra İvanovka, Mutudərə, Mormor istiqamətində daha bir neçə strateji əhəmiyyətli yüksəkliklər ordumuzun əlinə keçmişdir və bununla sərhəd boyu bütün vacib  mövqelərdə döyüşçülərimiz möhkəmlənirlər. Bu əsnada düşmənin 1 tankı, 1 PDM-i və canlı qüvvəsi məhv edilmişdir. Döyüşçülərimizdən 2 nəfər yaralanmışdır.

 

Ağstafa

 

Ötən gecə saat 1 radələrində Qanlıdərə adlanan yerdəki postlarımızı ermənilər AQS tipli qumbaraatanlardan atəşə tutmuşlar, sonra isə texnika köməyilə hücuma keçmişlər. Hücum dəf edilib. Döyüş zamanı düşmənin KAMAZ avtomaşını və 8 nəfər əsgəri məhv edilmişdir, 5 düşmən avtomatı əsgərlərimizin əlinə keçmişdir. Bu döyüşdə əsgərlərimizdən 3 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

Bu gün saat 09:30-da rayon mərkəzi və Dağkəsəmən kəndi Ermənistan ərazisindən güclü top atəşinə tutulmuşdur. 4 nəfər dinc sakin  və 2 əsgərimiz yaralanmışlar.

 

Kəlbəcər

 

Bu gün səhər saat 6-7 radələrində rayonun Yuxarı Ayrım kəndi Ermənistanın Vardenis rayonu ərazisindən toplardan atəşə tutulmuşdur. Tələfat və dağıntı yoxdur. Bu kənd istiqamətində ermənilər qüvvə cəmləşdirirlər.

 

Tərtər

(Ağdərə)

 

Mövqe döyüşləri gedir. Möhrətaq istiqamətindən mövqelərimizin atəşə tutulması nəticəsində 1 əsgərimiz yaralanıb.

 

Ağdam

 

Ötən gecə saat 22-22:30 arasında Xıdırlı kəndi Xanabad istiqamətindən, 21:20-22:00 arasında Abdal, Gülablı kəndləri Dəhrəz istiqamətindən atəşə tutulub. Təlafat yoxdur.