Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 10-na keçən gecə Ermənistanla sərhəd bölgələrində Qarabağ cəbhəsində vəziyyət nisbətən sakit olub.
Alınan məlumata görə, ötən gecə Gədəbəyin Mormor, Qaravəllər, Zəngilanın Vejnəli, Şükürataz, Ağbənd, Cəbrayılın Quşçular, Sur, Füzulinin Xələfşə, Çuvarlı kəndləri və Nxaçıvan MR-nın Havuş, Sədərək qəsəbəsi düşmən tərəfindən müxtəlif silahlardan atəşə tutulmuşdur.
Bütün hallarda cavab atəşi açılıb. Nəticədə döyüşçülərimizdən bir nəfər Cəbrayıl və bir nəfər də Füzuli bölgəsində yaralanıb. Düşmənin Xocavənd (Martuni) ərazisindən 1 tankı və 1 topu sıradan çıxarılıb.
Qazax, Ağstafa, Kəlbəcər, Qubadlı, Ağdam və Tərtər bölgələrində gecə nisbətən sakit keçib.