Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

 

Gədəbəy

 

Avqustun 9-da saat 19:00-dan başlayaraq Mormor, Qaravəllər kəndləri Ermənistanın Krasnoselsk rayonu ərazisindən top və “Qrad” qurğularından atəşə tutulub. Düşmən ərazisində yerləşən atəş nöqtələrinə layiqli cavab verilib.

 

Zəngilan

 

Ötən gecə Vejnəli, Şükürataz və Ağbənd yaşayış məntəqələri Mehri rayonu ərazisindən top və iriçaplı pulemyotlardan atəşə tutulub.

 

Cəbrayıl

 

Keçən gecə Quşçular və Sur məntəqələri keçmiş Hadrut rayonu ərazisindən atəşə tutulmuş, nəticədə biz tərəfdən bir nəfər yaralanıb.

 

Füzuli

 

Avqustun 10-na keçən gecə Xələfşə, Çuvarlı kəndləri düşmən tərəfindən atəşə tutulub. Bir nəfər əsgərimiz yaralanıb. Dünən Martuni (Xocavənd) istiqamətində döyüşçülərimiz 1 tankı və 1 topu sıradan çıxarıblar.

 

Naxçıvan

 

Dünən saat 15:00-dan 17-dək Şərur rayonunun Havuş məntəqəsi və gün ərzində Sədərək qəsəbəsi düşmən tərəfindən atəşə tutulub.

 

Qazax, Tovuz, Ağstafa, Qubadlı, Ağdam, Tərtər bölgələrində gecə nisbətən sakit keçib.