Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri Gədəbəy rayonu ərazisində yerləşən Başkəndi düşmənlərdən azad edərkən 3 gün ərzində erməni tərəfinin  2 tankını, 2 “Qrad” qurğusunu, 1 topunu sıradan çıxarmış və 300-dən artıq quldurunu məhv etmişdir. Hazırda döyüşçülərimiz dövlət sərhədində öz mövqelərini möhkəmləndirirlər. Avqustun 6-dan 9-dək aparılan əməliyyat vaxtı biz tərfədən 7 nəfər əsgərimiz şəhid olmuş, 9 nəfər isə yaralanmışdır.
Ağdərə ərazisində döyüşlər davam etmişdir. Hazırda tutulan mövqelər möhkəmləndirilir. Döyüşçülərimiz strateji əhəmiyyətli yüksəkliklərə nəzarət edirlər.
Keçən gecə Füzuli bölgəsində yerləşən Azərbaycan Milli Ordusunun hissələri düşmənin daha bir tankını sıradan çıxarmışlar.
Avqustun 9-na keçən gecə Qubadlının Novlu, Zəngilanın Şükürataz, Cəbrayılın Quşçular, Ağdamın Abdal, Qubadlı, Paprəvənd və Qalayçılar kəndləri düşmən tərəfindən atəşə tutulmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Laçın istiqamətində döyüş əməliyyatları apararaq düşmənə zərbə endirib və artilleriya atəşilə Laçın dəhlizinin yol üstündə olan kommunikasiya vasitələrini darmadağın ediblər.
Qazax, Tovuz, Ağstafa və Kəlbəcər bölgələrində gecə nisbətən sakit keçib.