Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

 

Gədəbəy

 

Azərbaycan Silahlı Qüvvələri Gədəbəy rayonu ərazisində yerləşən Başkəndi azad edərkən 3 gün ərzində erməni tərəfinin 2 tankını, 2 “Qrad” qurğusunu, 1 topunu sıradan çıxarmış və 300-dən artıq quldurunu məhv etmişdir. Hazırda döyüşçülərimiz dövlət sərhədində öz mövqelərini möhkəmləndirirlər. Avqustun 6-dan 9-dək aparılan əməliyyat vaxtı biz tərəfdən 7 nəfər əsgərimiz şəhid olmuş, 9 nəfər isə yaralanmışdır.

 

Qubadlı

 

Avqustun 8-də saat 21:30-da Novlu kəndi Ermənistanın Gorus rayonu ərazisindən atəşə tutulub.

 

Zəngilan

 

Dünən saat 18:00-dan 18:30-dək Şükürataz məntəqəsi Mehri ərazisindən tank və toplardan atəşə tutulmuşdur. Düşmən cavab atəşilə susdurulub.

 

Cəbrayıl

 

Ötən gecə Quşçular məntəqəsi Yuxarı Qarabağın ermənilər yaşayan kəndlərindən atəşə tutulub.

 

Füzuli

 

Dünən ermənilərin bir tankı döyüşçülərimiz tərəfindən vurulub. Keçən gecə rayon ərazisində nisbətən sakit keçib.

 

Ağdam

 

Avqustun 9-na keçən gecə Abdal, Qubadlı, Paprəvənd və Qalayçılar kəndləri düşmən tərəfindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Bütün hallarda cavab atəşilə əks tərəf susdurulub.

 

Tərtər

 

Ötən gecə Ağdərə ərazisində döyüşlər davam etmişdir. Alınan məlumata görə, biz tərəfdən 7 nəfər həlak olmuş, 23 nəfər isə yaralanmışdır. Hazırda tutulan mövqelər möhkəmlənir. Döyüşçülərimiz strateji yüksəkliklərə nəzarət edirlər.