Gədəbəy
Mutudərə kəndi düşmənlərdən tam azad edilib. Şınıx zonasından keçərək Ermənistandan Başkəndə gedən yola tam nəzarət olunur. Avqustun 8-nə keçən gecə döyüşlər vaxtı düşmənin iki “Qrad” qurğusu, bir topu və xeyli canlı qüvvəsi məhv edilib. Əməliyyat davam edir.
Laçın
Düşmən Laçın şəhərini və “Humanitar dəhlizi” verməməkdən ötrü əlində olan bütün silahlardan istifadə edir. Keçən gecə Pircahan və ətraf kəndlər artilleriya qurğularından intensiv atəşə tutulub. Döyüşçülərimiz əks tərəfi susdurmaq üçün cavab atəşi açıblar. Avqustun 8-nə keçən gecə bu bölgədə olan strateji əhəmiyyətli Susuzdağ zirvəsi Azərbaycan SQ-nin bölmələri tərəfindən azad edilib. Xanalar və Suarası kəndlərinə nəzarət edən döyüşçülətimiz tutduqları mövqelərdə möhkəmlənirlər. Son əməliyyatlardan sonra ermənilər xeyli itki verərək Malxələf və Mazutlu məntəqələrini tərk etmişlər.
Füzuli
Dünən saat 15:00 radələrində düşmənin Tuğ kəndində yerləşdirdiyi bir topu vurulub sıradan çıxarılıb. Avqustun 8-nə keçən gecə ərzində Arış kəndi keçmiş Hadrut rayonunun Məlikcanlı kəndi istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Tələfat olmayıb.
Gövşadlı kəndinə düşmən Tuğ istiqamətindən hücum edib. Silahlı Qüvvələrimiz ermənilərin bu cəhdinin qarşısını alıblar. Düşmən tərəfi canlı qüvvədə xeyli itki verərək geri çəkilməyə məcbur olub.
Döyüşçülərimiz keçmiş Hadrut rayonunun Edilli kəndində düşmənin bir tankını, 2 topunu, 1 yük maşınını, 1 iriçaplı pulemyotunu və 40-dək quldurunu məhv ediblər.
Ağdam
Avqustun 8-nə keçən gecə rayonun Sarıhacılı, Xıdırlı, Abdal və Gülablı kəndləri Yuxarı Qarabağın ermənilər yaşayan məntəqələrindən atəşə tutulub. Nəticədə biz tərəfdən 2 nəfər yaralanıb.
Ağdərə
Ötən gecə Ağdərə ətrafında nisbətən sakit keçmişdir. Səhərə yaxın Kasapet kəndi yaxınlığındakı mövqelərimiz düşmən tərəfindən müxtəlif silahlardan atəşə tutulub. Hazırda ağır döyüşlər gedir.
Naxçıvan
Muxtar Respublikasının Sədərək qəsəbəsi və Şabuz rayonunun Batabat məntəqəsi Ermənistan ərazisindən ara-sıra atəşə tutulub.
Qazax, Ağstafa, Tovuz, Zəngilan, Cəbrayıl bölgələrində gecə nisbətən sakit keçib.