Gədəbəy
Avqustun 6-da 16:00-17:00 radələrində erməni birləşmələri Şınıx zonasının Mutudərə kəndi səmtində hücum ediblər və kəndi zəbt ediblər. Erməni vəhşiləri evləri soyur və yandırırlar. Düşmənləri kənddən çıxarmaq üçün lazımi əməliyyatlar aparılır. Şınıx zonasından Başkəndə gedən yol ermənilərin əlindədir.
Qubadlı-Laçın
Vəziyyət bir qədər gərginləşib. Laçın rayonunun Suarası kəndindən şimal tərəfdə erməni qüvvələri cəmləşib və güman var ki, orada döyüşlər gedir. (Əlaqə saxlamaq lazımdır)
Tərtər-Ağdərə
Avqustun 6-da Azərbaycan Ordusunun hissələri Akop-Komari kəndini tamamilə ermənilərdən təmizləmiş və kəndin ətrafında olan üç strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənmişlər. Ağdərə dağları da ermənilərdən təmizlənmişdir. Gecə nisbi sakitlik olmuşdur. Hücumu genişləndirmək üçün hazırlıq gedir.
Ağdam
Avqustun 7-nə keçən gecə rayonun Xıdırlı kəndi Xanabad istiqamətindən güclü top atəşinə tutulub. Tələfat olmamışdır.
Füzuli-Cəbrayıl
Ara-sıra atışmalar davam edir. Nisbi sakitlikdir.
Qazax, Tovuz, Ağstafa, Zəngilan, Kəlbəcər, Naxçıvan MR bölgələrində sakitlik olub.