Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Qazax

 

Gecə atışma zamanı Qazaxın ətraf kəndlərinə 10-15 mərmi düşüb. Tələfat yoxdur.

 

Ağstafa

 

Köhnə Qışlaq kəndi Ermənistan ərazisindən ara-sıra atəşə tutulmuşdur.

 

Tovuz

 

Hacıəli və Göyəbaxan kəndləri Başkənd istiqamətindən toplardan atəşə tutulmuşdur. Bir nəfər həlak olub, 3 nəfər yaralanıb.

 

Gədəbəy

 

Başkənd ətrafında şiddətli döyüşlər davam edir. Avqustun 5-də Göyəli istiqamətində düşmənin 1 tankı məhv edilib. Dörd nəfər erməni qulduru öldürülüb. Avqustun 6-na keçən gecə erməni birləşmələri Mutudərə kəndi istiqamətində hücuma keçiblər. Hücumun qarşısı alınır. Döyüşlər davam edir.

 

Zəngilan

 

Danışıq nəticəsində vəziyyət normallaşır, sakitlikdir.

 

Cəbrayıl

 

Hadrut istiqamətindən Süleymanlı kəndi top atəşinə tutulmuşdur.

 

Füzuli

 

Ara-sıra atışmalar davam edir.

 

Tərtər

 

Ağdərə ətrafında döyüşlər gedir.

 

Ağdam

 

Avqustun 6-na keçən gecə Əsgəran və Xanabad istiqamətindən toplardan atəşə tutulub. Şəhərə 20-dək mərmi düşüb.

 

Naxçıvan

 

Naxçıvan MR-da Sədərək qəsəbəsi, rayon mərkəzi daxil olmaqla Şərur rayonunun Mahmudkənd, Oğlanqala, Dizə, Yuxarı və Aşağı Yaycı, Cağazir, Yuxarı Daşarx, Şahbuz rayonunun Kömür kəndi toplardan və yüngül silahlardan sutka ərzində atəşə tutulmuşdur. Bəzi məntəqələrdə atışma davam edir.

 

Qubadlı və Kəlbəcər rayonlarında sakitlikdir.