Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 4-dən başlayaraq  erməni silahlı qüvvələri Ermənistanın Krasnoselsk rayonu ərazisindən Gədəbəyin Düzrəsullu, Mutudərə, Mormor və Qaravəllər kəndlərini fasiləsiz top atəşinə tutmuşlar. Mutudərə kəndinin müdafiəçilərindən 2 nəfər yaralanmışdır. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verərək strateji əhəmiyyətli yüksəkliklərdən birini öz nəzarəti altına götürmüşlər. Baş kəndində düşmənlərin bazalarından biri tamamilə məhv edilmişdir. Bu zaman 1 tank, 1 PDM və çoxlu canlı qüvvə sayından itki vermişdir.
Avqustun 4-də erməni SQ Laçının Mollalar kəndinə hücum etmişdir. Düşmən 12 nəfər itki verərək geri oturdulmuşdur. Bu gün səhər saat 8-də Laçının Səfiyan kəndi ermənilər tərəfindən işğal olunmuş kəndlərdən atəşə tutulmuşdur. 3 nəfər yaralanmışdır. Döyüşlər davam edir.
Ötən gecə Ağdamın Abdal və Gülablı kəndləri Dəhraz və Xarov kəndlərindən; Kəlbəcərin Ağdaban kəndi və Ağstafanın Köhnə Qışlaq kəndi ətraf erməni kəndlərindən müxtəlif silahlardan atəşə tutulub. Nəticədə əsgərlərimizdən 4 nəfər döyüşdə yaralanıb.
- Ağdərə rayonunda mövqe döyüşləri davam etməkdədir.
- Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Yuxarı Yaycı və Çaqazir kəndləri, Şahbuzun Şada qəsəbəsi və həmçinin Sədərək qəsəbəsi də Ermənistanın ərazisindən atəşə tutulmuşdur.