Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

 

Gədəbəy

 

Düzrəsullu, Mutudərə, Mormor, Qaravəllər kəndləri Ermənistanın Krasnoselsk rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Mutudərə kəndində 2 döyüşçümüz şəhid olmuş, 2-si isə yaralanmışdır. Azərbaycan SQ-nin bölmələri düşmənin hücumlarını dəf etmiş, ermənilərə məxsus strateji əhəmiyyətli mövqelərdən birini ələ keçirmişlər. Düşmənin cəmləşdiyi Başkəndi darmadağın edilmişdir. Bu döyüşlər zamanı ermənilərin 1 tankı, 1 ZTR-i və xeyli canlı qüvvəsi məhv edilmişdir.

 

Laçın

 

Dünən ermənilər Mollalar kəndi istiqamətindən  hücum etməyə cəhd göstərmişlər. Döyüşçülərimiz düşmənin hücumunun qarşısını alaraq onları itkiyə məruz qoymuş və qaçmağa məcbur etmişlər. Düşmən əsgərləri arasında 12 nəfərədək ölən və yaralanan olmuşdur. Bu gün səhər saat 8-dən etibarən Səfiyan kəndi ermənilərin əlində olan məntəqələrdən atəşə tutulmağa başlamışdır. 3 döyüşçümüz yaralanıb. Döyüş davam edir.

 

Ağdam

 

Dəhrəz və Harov istiqamətindən Abdal və Gülablı kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulur. 4 nəfər yaralanıb.

 

Kəlbəcər

 

Ağdaban kəndi ilə erməni məntəqələri arasında artilleriya atışması gedir.

 

Tərtər

 

Nəzərə çarpacaq dəyişiklik yoxdur. Mövqe döyüşləri gedir.

 

Ağstafa

 

Avqustun 4-də saat 18-dən 21-dək Köhnə Qışlaq kəndi Ermənistan ərazisindən minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Tələfat yoxdur.

 

 

Naxçıvan

 

Sədərək qəsəbəsi, Şərur rayonunun Cağazir, Yuxarı Yaycı və Havuş məntəqələri, Şahbuz rayonunun Şada kəndi ara-sıra atəşə tutulur. Tələfat yoxdur.

 

Füzuli, Cəbrayıl, Zəngilan, Tovuz, Qubadlı, Qazax bölgələrində nisbi sakitlikdir.