Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Ağdərə bölgəsində vəziyyət gərgin olaraq qalır. Erməni ekspedisiya korpusunun hissələri Ağdərə rayon mərkəzini atəşə tuturlar. Azərbaycan Silahlı Qüvvələri düşmənin bu həmlələrinin qarşısını alırlar.
Ağdam istiqamətində ötən gecə nisbətən sakit keçmişdir. Qalayçılar kəndi Canyataq və Gülyataq kəndləri ərazisindən atəşə tutulub.
Sərhəd bölgələrində isə döyüşlər davam etməkdədir. Ağstafa rayonunun Köhnə Qışlaq kəndi Ermənistan ərazisindən toplardan atəşə tutulub. 2 nəfər yerli sakin yaralanıb. Cavab atəşilə düşmən susdurulub. Əks tərəfdən 6 nəfər məhv edilmişdir. Gədəbəy rayonunun Düzrəsullu, Mutudərə və Saratovka kəndlərinin Krasnoselsk istiqamətindən atəşə tutulması nəticəsində 2 nəfər yerli sakin həlak olub, bir nəfər isə yaralanıb.
Ötən gecə Tovuzun Həsənli, Hacılı, Göyəbaxan, Kəlbəcərin Dikyurd, Laçının Səfiyan kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Ağdam rayonlarında sakitlik olmuşdur.