Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

 

Ağstafa

 

Dünən saat 22:00-dan başlayaraq Köhnə Qışlaq kəndi Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Bir nəfər yaralanıb. Ermənilərdən 5-6 nəfər ölüb.

 

Gədəbəy

 

Düz Rəsullu kəndi 23:30-dan başlayaraq toplardan, qumbaraatanlardan, pulemyotlardan atəşə tutulub. 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.

 

Tovuz

 

Saat 22:00-dan başlayaraq rayonun Həsənli, Hacalı, Göyəbaxan kəndləri yüngül silahlardan atəşə tutulub. Tələfat yoxdur.

 

Ağdam

 

Gecə təxminən 01:00-02:00 radələrində rayonun Qalayçılar kəndi Canyataq və Gülyataq kəndləri istiqamətlərindən atəşə tutulub. Tələfat yoxdur.

 

Qubadlı

Sakitlikdir.

 

Laçın

 

Avqustun 3-də saat 16:00-dan Səfiyan kəndi Ermənistan ərazisindən top atəşinə məruz qalıb. Tələfat yoxdur.

 

Kəlbəcər

 

Ermənistanla həmsərhəd Dikyurd məntəqəsi atəşə tutulub. Tələfat yoxdur.