Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Ağdərə rayonu ərazisində döyüşlər bir qədər səngiyib. Dünən yüksəklikər uğrunda mövqe döyüşləri gedib. Hazırda vəziyyət nisbətən sabitdir. Ağdərə şəhərinə Azərbaycanın SQ-i tam nəzarət edirlər.
Ötən gecə Sur kəndi, Füzuli rayonunun Gorazıllı kəndi və şəhər keçmiş Hadrut rayonu ərazisindən toplardan atəşə tutulub. Döyüşçülərimiz cavab atəşilə düşmənin 1 PDM-ini və bir topunu vurub sıradan çıxarıblar.
Avqustun 3-nə keçən gceə sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalıb. Dünən saat 22:00-dək Tovuzun Ağdam, Əlibəyli kəndləri Ermənistanın Şəmşəddin rayonu ərazisindən “Qrad” tipli qurğulardan, top və tanklardan atəşə tutulub. Rayona 20-dən çox mərmi düşüb. Nəticədə 30-dək ev dağılıb, 2 nəfər şəhid olub və 11 nəfər yaralanıb.
Ötən gecə Ağstafa rayonunun Köhnə Qışlaq, Gədəbəy rayonunun İvanovka kəndi Ermənistan ərazisindən müxtəlif silahlardan atəşə tutulub.
Avqustun 3-də “Ostankino” teleşirkəti erməni mənbələrinə istinad edərək belə bir xəbər yaymışdır ki, guya Kəlbəcər istiqamətində yerləşən mühüm strateji əhəmiyyət daşıyan Ağdaban və Çerektar kəndləri erməni ekspedisiya korpusu tərəfindən zəbt edilmişdir.
Ağdam, Zəngilan, Qubadlı və Kəlbəcər bölgələrində keçən gecə nisbətən sakit keçmişdir.