Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Tovuz

 

Avqustun 2-də saat 11:00-dan başlayaraq 22:00-dək Ağdam, Əlibəyli kəndləri və eləcə də rayon mərkəzi Şəmşəddin rayonu ərazisindən hələ indiyədək müşahidə edilməyən çox güclü atəşə tutulub. Ermənilər atəş zamanı top, tank və “Qrad” qurğularından istifadə ediblər. Rayon mərkəzinə 20-dən çox mərmi düşüb. Nəticədə 30-dan çox ev dağılıb. 3 nəfər ağır, 8 nəfər isə yüngül yaralanıb. Əlibəylidə 1 kənd sakini, Ağdamda isə (Bayramov Ramiz Abbas oğlu kənd sakini 35 yaşlı) şəhid olublar.

 

Gədəbəy

 

Avqustun 2-də saat 19:00-dan 20:30-dək İvanovka kəndi Ermənistanın Krasnoselsk rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Limandağı yüksəkliyində ermənilər güclü texnika və canlı qüvvə toplayırlar.

 

Cəbrayıl

 

Avqustun 3-nə keçən gecə Süleymanlı kəndi keçmiş Hadrut rayonu ərazisindən toplardan atəşə tutulub.

 

Füzuli

 

Ötən gecə rayonun Gorazıllı kəndi və şəhər mərkəzi Sərdur və Məlikcahanlı kəndlərindən top, tanklardan güclü atəşə tutulub. 1 nəfər yaralanıb. Cavab atəşilə düçmənin 1 PDM-i və 1 topu sıradan çıxarılıb.

 

Tərtər

 

Dünən bütün günü və 3-nə keçən gecə Ağdərə dağının ətrafında mövqe döyüşləri olub. Hazırda sakitlikdir. Rayon mərkəzinə tam nəzarət edilir.

 

Ağstafa

 

Ötən gecə Köhnə Qışlaq kəndi İcevan rayonunun Paravakar kəndindən tank, PDM, top və minaatanlardan atəşə tutulub. Lazımi cavab atəşilə düşmən susdurulmuşdur. Düşmən xeyli itki vermişdir.

 

 

Kəlbəcər

 

Rayon ərazisində keçən gecə sakit keçib.

 

Qazax, Qubadlı, Zəngilan bölgələrində gecə tam sakit keçib.

 

Naxçıvan

 

Avqustun 1-də Şahbuz rayonunun Şada kəndinə 3 top mərmisi düşüb. Tələfat yoxdur.

Avqustun 2-də saat 11:00-12:00, 16:00-17:00 radələrində Babək rayonunun Kəlməçataq kəndi Əzizbəyov rayonu ərazisindən top atəşinə tutulub. Düşmən mərmidən zərər çəkib – 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Gecə və bu gün səhər Sədərək qəsəbəsi avtomat, pulemyot və snayper silahlardan fasilələrlə atəşə tutulub. Tələfat yoxdur.