Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın Ağdərə bölgəsində ötən gecə vəziyyət əsasən dəyişməmişdir. Ağdərə ətrafında şiddətli döyüşlər davam edir.
Ağdam cəbhəsində ermənilərin Naxçıvanik, Pircamal və Yeni Qaralar kəndlərinə hücumu tamamilə dəf olunub. Həmin kəndlərə bizimkilər nəzarət edir.
Füzuli rayonunun Xatınbulaq kəndində atışma zamanı bir əsgərimiz yaralanıb. Avqustun 2-nə keçən gecə Cəbrayıl rayonunun Qışlaq kəndi erməni mövqelərindən atəşə tutulmuşdur. Tələfat olmamışdır.
Respublikamızın sərhəd bölgələrində vəziyyət sabit deyil.
Avqustun 2-nə keçən gecə Gədəbəy rayonunun İvanovka kəndi Başkənd istiqamətindən müxtəlif növ silahlardan atəşə tutulmuşdur. Həmin vaxt Tovuzun Ağdam və Əlibəyli kəndləri Ermənistanın Çinar kəndi istiqamətindən müxtəlif növ silahlardan atəşə tutulmuşdur. İki top mərmisi rayon mərkəzinə düşmüşdür. Dağıntı var.
Qazax, Ağstafa, Qubadlı, Kəlbəcər rayonlarında ötən gecə nisbətən sakit keçmişdir.