Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

 

Gədəbəy

 

Gədəbəyin İvanovka kəndi Başkənd istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.

 

Tovuz

 

Ermənistanın Çinar kəndi istiqamətindən Ağdam və Əlibəyli kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. İki top mərmisi rayon mərkəzinə düşmüş, dağıntı yaratmışdır.

 

Tərtər

 

Ağdərə ətrafında şiddətli döyüşlər gedir.

 

Cəbrayıl

 

Nisbi sakitlikdir.

Ötən gecə 1-2 və 4-5 arasında Qışlaq kəndi yolüstü təpələrdən avtomat və pulemyotlardan atəşə tutulub. Surda sakitlikdir.

 

Füzuli

 

Xatınbulaq kəndində bir nəfər yaralanıb.