Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 1992 00:03

Müdafiə Nazirliyinin məlumatı

Döyüşçülərimiz bu gün Ermənistan ekspedisiya korpusunun Zərdəxaç və Qazançı kəndləri istiqamətində yerləşən qüvvələrini darmadağın ediblər. Uğurlu əməliyyatlar nəticəsində Zərdəxaç və Qazançı kəndləri düşmənlərdən azad edilibdir.
Drmbon səmtində cəmləşən düşmən qüvvələri bu gün Aterk kəndini atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələrinin bölgədəki bölmələri dərhal cavab atəşi ilə düşməni susdurublar.
Bölgədə döyüşlər gedir.
Əsgəran-Xanabad-Kətik istiqamətində vəziyyət gərgin olaraq qalır. Milli Ordunun və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bölmələri düşmənin hücumlarını dəf edirlər.
Bu gün saat 12:30-da Maçkalaşen səmtindən Füzuli rayonunun Qacar kəndi atəşə tutulub. Döyüşçülərimiz düşməni susmağa məcbur ediblər.
Cəbrayıl rayonu ərazisində nisbi sakitlik olub.
İyulun 8-də Zəngilan rayonunun kəndləri Ermənistan ərazisindən atəşə tutulub. Milli Ordunun 1 əsgəri yaralanıb. Döyüşçülərimiz düşmənə cavab atəşi açaraq onu susdurublar.
Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Qubadlı bölgələrində nisbi sakitlikdir.
Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi ara-sıra Ermənistan ərazisindən atəşə tutulur. Milli Ordunun bölmələri düşmənin həmlələrini dəf edirlər.