Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Münaqişə zonalarında atəşin dayandırlması ilə bağlı danışıqlar gedərkən erməni tərəf bütün cəbhə boyu fəallaşıb. İyulun 9-na keçən gecə və bu gün Ağdam rayonunun Abdal, Gülablı, Əliağalı, Şelli, Füzuli rayonunun Qacar kəndləri toplardan atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mövqelərində möhkəm dayanıblar.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində vəziyyət daha da gərginləşib. Dünən gecə və bu gün Qazax, Tovuz, Gədəbəy, Kəlbəcər, Qubadlı, Zəngilan və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Ermənistan ərazisindən atəşə tutulub. Ordumuzun 10 əsgəri yaralanıb.
Erməni tərəf atəşi davam etdirir.