Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

QAZAX

İyulun 10-da saat 01:00-dan başlayaraq rayonun Köhnə-qışlaq kəndi Ermənistanın Noyemberyan rayonu ərazisindən pulemyot və avtomatlardan atəşə tutulmuşdur.

TOVUZ

İyulun 10-na keçən gecə saat 21:00-dan 01:00-dək Göyəbaxan kəndi Ermənistanın Berd rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.

GƏDƏBƏY

İyulun 9-da saat 22:00-dan 24:00-dək Mutudərə və Düzrəsullu kəndləri ermənilər yaşayan Başkənd ərazisindən atəşə tutulmuşdur.


KƏLBƏCƏR

Ötən gecə rayonun Ermənistanla sərhəddə yerləşən Söyüdlü, Dikyurd və Cəmilli məntəqələri ara-sıra atəşə tutulmuşdur. Düşmən cavab atəşi ilə susdurulmuşdur.


QUBADLI

Dünən saat 21-dək Novlu kəndi Gorus ərazisindən toplardan və minaatanlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.


CƏBRAYIL


Keçmiş Hadrut rayonu ilə həmsərhəd kəndlər ara-sıra atəşə tutulmuşdur.

FÜZULİ

İyulun 10-na keçən gecə Gövşadlı kəndi keçmiş Hadrut rayonu ərazisindən pulemyot və avtomatlardan atəşə tutulmuşdur.

Tərtər, Ağdam, Zəngilan bölgələrində sakitlikdir.