İyulun 10-na keçən gecə Füzuli və Cəbrayıl bölgələrinin Yuxarı Qarabağla bitişik kəndləri Ermənistan Silahlı Qüvvələri tərəfindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.
Goranboy, Tərtər və Ağdam istiqamətində gecə və səhər nisbətən sakit keçmişdir.
Qazax, Tovuz, Gədəbəy, Kəlbəcər, Qubadlı və Zəngilan bölgələrinin Ermənistanla həmsərhəd kəndləri səhərədək ara-sıra atəşə tutulmuşdur.
Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində döyüş üstünlüyünü öz tərəfində saxlayır və düşmənin istənilən hücumunun qarşısını almağa hazırdır.