Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 1992 15:00

Müdafiə Nazirliyinin məlumatı

NAXÇIVAN

Gün ərzində Sədərək qəsəbəsi Ermənistan tərəfindən müxtəlif təyinatlı silahlardan atəşə tutulması fasilələrlə davam edir.

AĞDƏRƏ

Canyataq, Gülyataq, Orta-Güneypəyə, Xatınbəyli, Qaraşlar, Bəşirlər kəndlərində əsgərlərimizin tutduqları mövqelər möhkəmləndirilir. Nisbi sakitlik müşahidə olunur.

CƏBRAYIL

Gün ərzində Sur kəndi ermənilər yaşayan Şaqax kəndi istiqamətindən müxtəlif növ silahlardan  ara-sıra atəşə tutulur. Düşmənə cavab atəşi verilmişdir. Bir nəfər yaralanıb.

Respublikamızın Tovuz, Gədəbəy, Qazax, Zəngilan, Füzuli, Tərtər, Kəlbəcər bölgələrində nisbi sakitlikdir.