Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 1992 11:00

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın Ağdərə bölgəsində ermənilər qüvvələrini toplamağa can atırlar. Vaquaz kəndində xeyli texnika və canlı qüvvə toplayan erməni işğalçıları müqaviməti gücləndiriblər. Vaqauzda və onun ətrafında vəziyyət gərgin olaraq qalır. Şiddətli döyüşlər davam edir. İyulun 17-də axşam saat 19:00 radələrində erməni ekspedisiya korpusunun hissələri Qazançı kəndinə hücuma keçmək istəyiblər. Düşmənin cəhdi boşa çıxıb. Azərbaycan Milli Ordusunun hissələri mövqelərini möhkəmləndirir. İyulun 17-də axşam saat 19:00-20:00 radələrində Füzuli rayonunun Çartaz  və Yuxarı Veysəlli kəndləri keçmiş Hadrut rayonundan atəşə tutulub.
Cavab atəşi ilə düşmən susdurulub. Respublikamızın sərhəd bölgələrində tam sakitlik bərpa olunmur.
İyulun 18-nə keçən gecə Zəngilan, Tovuz rayonlarının kəndləri Ermənistan tərəfdən müxtəlif təyinatlı silahlardan ara-sıra atəşə tutulub. Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi də Ermənistandan ara-sıra atəşə tutulur.
Qazax, Ağstafa, Gədəbəy, Qubadlı bölgələrində ötən gecə sakit keçib.