Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

AĞDAM

İyulun 17-də saat 12:00-dan 18:00-a qədər ermənilər Qazançı kəndinə hücuma keçmək istəyiblər. Qarşısı alınıb. Milli Ordu öz mövqelərində möhkəmlənir.

FÜZULİ

İyulun 17-də axşam saat 19:00 radələrində Çartaz və Yuxarı Veysəlli kəndləri keçmiş Hadrut rayonunun ərazisindən atəşə tutulmuşdur. Düşmənin hücumu dəf olunmuşdur.

KƏLBƏCƏR

Ağdərə rayonunun Vaquaz kəndində vəziyyət gərgin olaraq qalır. Şiddətli döyüşlər davam edir.

ZƏNGİLAN

İyulun 18-nə keçən gecə rayonun Seyidlər, Qazançı və Ağkənd kəndləri Ermənistanın Qafan rayonunun ərazisindən ara-sıra atəşə tutulmuşdur.

TOVUZ

İyulun 18-nə keçən gecə Göyəbaxan kəndi Ermənistanın Krasnoselk rayonunun ərazisindən ara-sıra atəşə tutulmuşdur.
    
NAXÇIVAN

Sədərək qəsəbəsi ara-sıra atəşə tutulur.

Qazax, Ağstafa, Qubadlı, Gədəbəy, Cəbrayıl – sakitlikdir.