Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 1992 16:00

Müdafiə Nazirliyinin məlumatı

AĞDƏRƏ

Aterk, Zəylik, Zərdəxaç kəndləri ermənilər tərəfindən yenidən işğal olunub. Metsşen, Moxrataq, Umudlu, Kasapet və Aşağı Oratağ kəndlərində şiddətli döyüşlər gedir.

CƏBRAYIL

Sur kəndini ermənilər ara-sıra top atəşinə tutur. İki nəfər yaralanıb. Cavab atəşi ilə ermənilərin mövqeləri dağıdılıb.

ZƏNGİLAN

İyulun 20-də saat 9-dan başlayaraq rayonun Yeməzli və Seyidlər kəndləri Ermənistanın Qafan rayonunun ərazisindən ara-sıra atəşə tutulur.

FÜZULİ

İyulun 20-də səhər saat 8-dən 10-a qədər rayonun Gövşadlı kəndi Hadrut istiqamətindən toplardan və tanklardan atəşə tutulub.

LAÇIN

Laçının Səfiyan kəndi ermənilərin işğal etdiyi Mazutlu kəndi tərəfdən minaatanlardan atəşə tutulub (səhər saat 11-12 arasında).
Qazax, Tovuz, Gədəbəy bölgələrində nisbi sakitlik olub.