Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

AĞDƏRƏ

İyulun 19-da və 20-nə keçən gecə erməni ekspedisiya korpusunun hissələri Ağdərə bölgəsində bütün cəbhə boyu xeyli texnika və canlı qüvvə toplayaraq güclü əks-hücuma keçmişlər. Aterk, Zəylik, Canyataq, Gülyataq, Orta Güneypəyə, Baş Güneypəyə, Kasapet, Dəmirli yaşayış məntəqələri yenidən düşmən tərəfdən işğal olunmuşdur. Hal-hazırda Umudlu və Aşağı Orataq kəndlərində şiddətli döyüşlər gedir. Ölən və yaralananların sayı dəqiqləşdirilir.

AĞDAM

Rayonun Şelli, Çuxurməhlə, Əhmədavar kəndləri Əsgəran istiqamətindən ara-sıra atəşə tutulur.

GƏDƏBƏY

İki gün bundan əvvəl ermənilər tərəfindən əsir götürülən dörd nəfər dinc sakin geri qaytarılıb.

KƏLBƏCƏR

Kəlbəcər bölgəsində yerləşən Azərbaycan Ordusunun hissələri Laçın istiqamətində hərəkəti davam edirlər. Pircahan, Vaqazin, Ardışlı və Piçənic kəndləri erməni işğalçılarından təmizlənib və orada mövqelər möhkəmlənir.

Füzuli, Cəbrayıl, Qazax, Tovuz, Qubadlı, Zəngilan, Gədəbəy rayonlarında sakitlik müşahidə olunmuşdur.