Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

AĞDAM

İyulun 22-nə keçən gecə rayonun Əliağalı, Qaralar və Ağdam şəhəri Əsgəran istiqamətindən tanklardan ara-sıra atəşə tutulur.

FÜZULİ-CƏBRAYIL

Sur kəndi Hadrut istiqamətindən müxtəlif təyinatlı silahlardan ara-sıra atəşə tutulur.

ZƏNGİLAN

İyulun 21-də axşam saat 19-dan 23-dək rayonun Seyidlər, Şərikan, Qazançı kəndləri Ermənistanın Qafan rayonu ərazisindən PDM-lərdən, iriçaplı pulemyotlardan atəşə tutulmuşdur.

QAZAX

Dünən ermənilərin Köhnə Qışlaq kəndinə hücumunu dəf edərkən düşmənin iki tankı və bir PDM-i məhv edilmişdir. Təxminən 30-a qədər erməni qulduru məhv edilmişdir.

NAXÇIVAN

İyulun 21-də saat 23-dən başlayaraq Sədərək qəsəbəsi top, minaatan, qumbaraatanlardan atəşə tutulub. Bir neçə ev zədələnib. 2 nəfər yaralanıb. Milli Ordunun bir əsgəri şəhid olub. Şərur rayonu, Günlüt, Şahbuz rayonunun Batabat kəndidə atəşə tutulub.
Tovuz, Gədəbəy, Qubadlı, Qazax bölgələrində nisbi sakitlik olub.