AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
AĞDAM
İyulun 24-də saat 17:30-dan başlayaraq Ağdam şəhəri Əsgəran istiqamətindən “Qrad” tipli qurğulardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.
NAXÇIVAN
İyulun 24-nə keçən gecə və gün ərzində Sədərək qəsəbəsi və Şərur rayonunun Cağazur kəndi Ermənistan Respublikası ərazisindən atəşə tutulmuşdur. Təlafat olmamışdır.
Sərhəd və Qarabağ ətrafı bölgələrdə günün ikinci yarısında sakitlik olmuşdur.