Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 24-nə keçən gecə Ağdərə rayonunun İmarət Qərvənd, Çapar, Zərdəxaç kəndləri ətrafında döyüşlər gedib. Umudluda mühasirəyə düşənlərin 4 nəfəri həlak olub və Umudluda dəfn edilib.  Qalan əsgərlər mühasirədən çıxıblar. Ötən gecə Ağdərə ərazisində vəziyyət gərgin olaraq qalıb. Möhrətaq, Metsşen, Dəmirli, Aşağı Orataq, Kasapet kəndlərinə Azərbaycan Ordusunun hissələri nəzarət edir. Hazırda bu yaşayış məntəqələri ətrafında şiddətli döyüşlər gedir.
Sərsəng su bəndinin 1 km-lik məsafəsinə bizim qüvvələr nəzarət edir. “Vesti” proqramının yaydığı məlumatda deyilirdi ki, guya ermənilər yenidən Mardakertə daxil olmuşlar. Bu xəbər ağ yalandır. Hazırda cəbhə xətti Ağdərədən xeyli aralı keçir və rayon mərkəzi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.
İyulun 24-nə keçən gecə Yuxarı Qarabağla bitişik kəndləri Əsgəran-Xanabad istiqamətindən atəşə tutulub.
İyulun 23-də saat 18:00-dan 21:00-dək Vejnəli və Bartaz kəndləri Ermənistanın Mehri rayonu ərazisindən “Qrad” tipli qurğulardan, iriçaplı pulemyotlardan atəşə tutulub.
İyulun 24-nə keçən gecə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi, Şərur rayonunun Cağazur kəndi Ermənistandan müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.