Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyulun 26-na keçən gecə Əsgəran-Xanabad ətrafında xeyli canlı qüvvə və texnika toplayan düşmən Ağdam istiqamətində müdafiəmizi yarmağa cəhd göstərmişdir. Bu dəfə ermənilərin hədəfi Gülablı, Abdal və Xramort kəndləri olmuşdur. Silahlı Qüvvələrimiz düşmən tərəfin bu cəhdinin qarşısını fədakarlıqla almışdır. Səhərə yaxın Ağdam istiqamətində cəbhədəki vəziyyət sabitləşmişdir.
İyulun 26-da gün ərzində Ağdərə ərazisində də döyüşlər davam etmişdir. Azərbaycan Silahlı Qüvvələri Sərsəng su bəndinə nəzarət edərək, erməni quldurlarının yuva saldığı məntəqələri daima artilleriya atəşi altında saxlayırlar. Hazırda əlverişli mövqelər uğrunda döyüşlər gedir.
Keçən gecə Qazax, Tovuz, Qubadlı və Zəngilan bölgələrinin Ermənistanla sərhəd kəndləri düşmən atəşinə məruz qalmışdır. Düşmənə cavab atəşi açılmışdır.
Naxçıvan Muxtar Republikasından aldığımız məlumata görə ötən gecə Sədərək qəsəbəsi və Babək rayonunun Buzqov kəndi Ermənistan ərazisindən atəşə tutulmuşdur.
Dünən iyulun 25-də saat 23:45-də Naxçıvan şəhəri yaxınlığında yerləşən hərbi sursat anbarında partlayış baş verib. İlkin məlumata görə naməlum şəxslərlə mühafizə heyəti arasında atışma baş vermiş, sursat anbarının bir hissəsi alışmışdır. İki əsgər və iki nəfər yerli sakin yaralanmışdır. Hadisə araşdırılır.
Görülən tədbirlər nəticəsində fəlakətin qarşısını almaq mümkün olmuşdur.