Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

QAZAX

İyulun 26-na keçən gecə Qızılhacılı, Balacəfərli kəndləri Ermənistan ərazisindən atəşə tutulmuşdur.

TOVUZ


İyulun 26-da səhər saat 05:00-dan Ağdam, Muncuqlu, Əsrik və Gövşad kəndləri Ermənistanın Berd rayonu ərazisindən avtomat və pulemyotlardan atəşə tutulmuşdur.

QUBADLI

İyulun 26-na keçən gecə 23:30-dan 01:00-dək Novlu və Əyin kəndləri Ermənistanın Qafan rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin ərazi bölmələri düşmənə layiqli cavab verərək onları geri oturtmuşlar.

ZƏNGİLAN

Ötən gecə Ağkənd, Qazançı və Günqışlaq kəndləri Mehri ərazisindən atəşə tutulmuşdur.

AĞDAM

Keçən gecə Əsgəran-Xanabad ətrafında xeyli canlı qüvvə və texnika toplayan düşmən Gülablı, Abdal və Xramort kəndlərinə hücum etmişdir. Silahlı Qüvvələrimiz bu dəfə də erməni tərəfi geri qaçmağa məcbur etmişdir.

NAXÇIVAN


Naxçıvan Muxtar Respublikanın Sədərək qəsəbəsi yenə də Ermənistan ərazisindən atəşə tutulmuşdur. Dünən iyulun 25-də saat 23:45-də Naxçıvan şəhəri yaxınlığında yerləşən hərbi sursat  anbarında partlayış baş verib. Yaralananlar var. Hadisənin səbəbi araşdırılır.
Yuxarı Qarabağın Ağdərə bölgəsində döyüşlər bir qədər səngisədə ümumi vəziyyət gərgin olaraq qalır. Erməni birləşmələrinin bütün hücumlarının qarşısı alınır. Düşmənin qüvvələri Sərsəng su bəndinin ətrafında sıxışdırılıb və hal-hazırda Kasapet kəndinin yaxınlığında olan yüksəkliklərdə cəmləşib. Kasapet yaşayış məntəqəsinə bizimkilər nəzarət edir. Ara-sıra atışmalar davam edir.
İyulun 27-nə keçən gecə Ağdam rayonunun Çuxurməhlə, Əhmədavar, Xıdırlı kəndləri və Ağdam şəhəri Əsgəran-Xanabad istiqamətindən toplardan və iriçaplı pulemyotlardan atəşə tutulmuşdur. Eyni vaxtda Cəbrayıl istiqamətində olan Sur kəndi və Füzuli rayonunun Xatınlılar kəndi keçmiş Hadrut rayonu tərəfdən toplardan atəşə tutulmuşdur. Bir nəfər əsgərimiz şəhid olub. Sərrast cavab atəşi ilə ermənilərin bir topu və bir “Kamaz” markalı avtomaşını məhv edilmişdir.
Respublikamızın sərhəd bölgələrində də sakitlik bərpa olunur və artıq sistem xarakteri daşıyan atışmalar ara vermir.
İyulun 27-nə keçən gecə Qazax rayonunun Balacəfərli kəndi, Gədəbəyin Düzrəsullu, Mormor kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi Ermənistanın ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Sərhədlərimizin keşikçiləri düşmənə cavab atəşi açmağa məcbur olublar.
Qubadlı, Zəngilan, Tovuz, Ağstafa bölgələrində ötən gecə nisbi sakitlik olmuşdur.