Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

AĞDAM

İyulun 27-nə keçən gecə rayonun Çuxurməhlə, Əhmədavar, Xıdırlı kəndləri və rayonun mərkəzi toplardan və iriçaplı pulemyotlardan Əsgəran və Xanabad istiqamətlərindən ara-sıra atəşə tutulmuşdur.

FÜZULİ

Rayonun Xatınbulaq kəndi keçmiş Hadrut rayonu tərəfdən iyulun 27-nə keçən gecə toplardan ara-sıra atəşə tutulmuşdur. Bir nəfər şəhid olmuşdur. Cavab atəşi ilə düşmənin bir topu və bir “Kamaz” markalı avtomaşını məhv edilmişdir.

CƏBRAYIL

İyulun 26-da axşam saat 18:00-dan 20:00-dək Sur kəndi ermənilər tərəfdən toplardan və PDM-dən ara-sıra atəşə tutulmuşdur.

QAZAX


İyulun 27-nə keçən gecə rayonun Balacəfərli kəndi Ermənistanın İcevan rayonunun ərazisindən toplardan və pulemyotlardan atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmən susdurulmuşdur.

GƏDƏBƏY


İyulun 26-da axşam 15:00-dan 18:00-a qədər rayonun Düzrəsullu və Mormor kəndlərinə ermənilərin hücumu olub. Düşmənin cəhdi boşa çıxıb. Hücumun qarşısı alınıb.

NAXÇIVAN

İyulun 27-nə keçən gecə Sədərək qəsəbəsi Ermənistanın ərazisindən müxtəlif təyinatlı silahlardan ara-sıra atəşə tutulmuşdur.

TƏRTƏR

Ağdərə bölgəsinin Kasapet kəndinin ətrafında ermənilərin bütün hücum cəhdlərinin qarşısı alınır. Kəndə bizimkilər nəzarət edir.


KƏLBƏCƏR


Vəziyyət dəyişməyib, sakitlikdir.
Qubadlı, Zəngilan, Tovuz, Ağstafa sakitlikdir.